Əhalinin gəliri bu il nə qədər artıb?

2024-cü ilin yanvar və fevral ayları ərzində Azərbaycan əhalisinin gəliri 11,19 milyard manat, ümumi gəlirin adambaşına düşən payı 1099 manat olub.
Sfera.az xəbər verir ki, nominal qiymətlərlə müqayisədə bu il əhalinin gəlirində 4,7 faiz, real gəlirində (inflyasiya çıxıldıqda – red.) isə 3,4 faiz artım baş verib.
İcbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında qalan gəliri 9,645 milyard manat olub. Sərəncamda qalan gəlirlərin adambaşına düşən hissəsi isə 947 manat təşkil edib.
Qeyd edək ki, əhalinin gəlirlərinə vətəndaşların, ailələrin və ev təsərrüfatlarının nağd pul formasında əldə etdikləri şəxsi gəlirləri daxildir. Bura əməkhaqqı, pensiya, təqaüd, müavinətlər, öz təsərrüfatlarında istehsal olunan məhsulların satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə haqq şəklində nağd pul qəbzləri, qonorar, şəxsi əmlakın satışından, icarəyə verilməsindən əldə olunan gəlirlər aid edilir.
Vasif