Azərbaycanda yeni televiziya kanalı AÇILIR

Azərbaycanda yeni televiziya kanalı AÇILIR

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşların dövlət xidmətləri barədə məlumatlandırılması və maarifləndirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir. Bu istiqamətdə növbəti addım kimi ASAN onlayn TV fəaliyyətə başlayır.

 

Sfera.az xəbər verir ki, ASAN Radionun bazasında qurulacaq ASAN TV dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk onlayn televiziya olacaq.

 

Məqsəd videoməzmunun daha keyfiyyətli təqdimatı, izləyici auditoriyasının sayının və sərhədlərinin genişlənməsi, dövlət xidmətləri ilə bağlı vizual olaraq daha əhatəli maarifləndirməni təmin etməkdir.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2015-ci ilin dekabrın 24-də yaradılan ASAN Radionun 9 illik fəaliyyəti dövründə hər zaman videoməzmunun mövcudluğuna və sosial mediada aktivliyə xüsusi önəm verilib.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...