Leysan yağdı, dolu düşdü - FAKTİKİ HAVA
İyunun 12-si saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Bu barədə Sfera.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Qəbələdə 73 mm, Xaltanda 63 mm, Göyçayda 62 mm, Mingəçevirdə 56 mm, Yevlaxda 40 mm, Qrızda 33 mm, İsmayıllıda 28 mm, Altıağacda 24 mm, Naftalanda 22 mm, Qaxda 20