Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

İyunun 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 20-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.


OXŞAR XƏBƏRLƏR

Ötən ay suda boğulanların sayı açıqlanıb - Rəsmi

2025-ci ilin iyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərində yerləşən çimərliklərdə baş verən sudaboğulma hadisələri ...

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi dəyişdirildi - FƏRMAN

Prezident İlham Əliyev 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi”ndə dəyişi...

Anar Abdullayev məhkəmə zalında həbs olundu

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və onunla birgə ittiham olunan Anar Abdullayevin cinayət işi üzrə məhkəmə pros...

I qrup üzrə universitetlərin təhsil haqları - RƏQƏMLƏR

Qəbul imtahanından keçən abituriyentlər qarşısında dayanan önəmli məsələlərdən biri də ixtisas seçimidir. Onlar əmək bazarına uyğun ixtisasa yiyələnməklə yanaşı...

Cənubi Koreya Şimalla gərginliyi azaltmaq üçün sərhəddəki səsgücləndiriciləri sökür

Cənubi Koreya hakimiyyəti ölkənin Şimali Koreya ilə sərhədində yerləşdirilmiş və Pxenyana qarşı təbliğat yayımı edən səsgücləndiricilərin sökülməsinə başlayıb. ...

5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir

Bu il keçirilən 5-ci “Yüksəliş” müsabiqəsində qalib adını qazanan 20 nəfərdən 3-ü Kapital Bank əməkdaşı olub ki, bu da şirkətlər arasında ən yüksək ...