Türk dövlətləri arasında əməkdaşlığın hansı formatda qurulmasını istəyirsiniz? - SORĞU NƏTİCƏLƏRİ

Türk dövlətləri arasında əməkdaşlığın hansı formatda qurulmasını istəyirsiniz? - SORĞU NƏTİCƏLƏRİ

Türk Dövlətləri Təşkilatının yüksələn nüfuzu onun yeni regional nizamın nüvəsi rolunda çıxış imkanlarını, türk dövlətlərinin rifahının və təhlükəsizliyinin bir-birindən asılı və kəsişən xüsusiyyətlərə malik olduğunu göstərir. Regionda formalaşan yeni geosiyasi arxitekturanın Türk dünyasının yüksəlişi yönündə olduğunu nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan cəmiyyətinin türk dövlətləri arasında əməkdaşlıq çərçivəsi barədə fikirlərini öyrənmək məqsədilə ictimai rəy sorğusu keçirib.

 

STM-dən Sfera.az-a verilən məlumata görə, nəticələrə əsasən, respondentlərin 6.0%-i türk dövlətləri arasında əməkdaşlığın yalnız tarixi-mədəni əlaqələr çərçivəsində, 6.2%-i tarixi-mədəni və iqtisadi əməkdaşlıq çərçivəsində, 84.2%-i iqtisadi və mədəni əlaqələrlə yanaşı, hərbi-siyasi əməkdaşlıq formatında qurulmasını istədiyini bildirib. Respondentlərin 3.6%-i cavab verməkdə çətinlik çəkib.

 

İctimai rəy sorğusunun nəticələri göstərir ki, Azərbaycan ictimaiyyəti Türk dünyası ölkələri arasında əməkdaşlıq vizyonunu türk mədəni irsinin qorunmasından enerji-nəqliyyat layihələri əsasında iqtisadi inteqrasiyanın təmin olunmasına, birgə siyasi-diplomatik fəaliyyətin təşkilindən regional təhlükəsizlik üçün vahid hərbi-təhlükəsizlik təsisatı kimi formalaşmağa qədər geniş müstəvidə dəyərləndirir.

 

Qeyd olunub ki, sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, yaşı 18 və ondan yuxarı olan 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə çərçivəsi ehtimallı üsulla və ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib, gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

 

Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Respondentlərə nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Anar Abdullayev məhkəmə zalında həbs olundu

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və onunla birgə ittiham olunan Anar Abdullayevin cinayət işi üzrə məhkəmə pros...

I qrup üzrə universitetlərin təhsil haqları - RƏQƏMLƏR

Qəbul imtahanından keçən abituriyentlər qarşısında dayanan önəmli məsələlərdən biri də ixtisas seçimidir. Onlar əmək bazarına uyğun ixtisasa yiyələnməklə yanaşı...

Cənubi Koreya Şimalla gərginliyi azaltmaq üçün sərhəddəki səsgücləndiriciləri sökür

Cənubi Koreya hakimiyyəti ölkənin Şimali Koreya ilə sərhədində yerləşdirilmiş və Pxenyana qarşı təbliğat yayımı edən səsgücləndiricilərin sökülməsinə başlayıb. ...

5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir

Bu il keçirilən 5-ci “Yüksəliş” müsabiqəsində qalib adını qazanan 20 nəfərdən 3-ü Kapital Bank əməkdaşı olub ki, bu da şirkətlər arasında ən yüksək ...

"AzerGold" kapitalını kəskin şəkildə artırıb - Rəqəmlər

"AzerGold" QSC nizamnamə kapitalını 216,3 milyon manat və yaxud 4,5 dəfə artıraraq 62 milyon manatdan 278,3 milyon manata çatdırıb.   Sfera...

21 məktəb direktorunun işinə xitam verilib - RƏSMİ

"2025-ci ilin yanvar - iyul ayları ərzində müxtəlif istiqamətlər üzrə ümumilikdə 1137 təhsil müəssisəsində monitorinq həyata keçirilib. Monitorinqlərin nət...