Hüquqşünas 200 manata qaldırılan cərimə barədə: \"Belələrini bu yoldan çəkindirmək üçün...\"

Hüquqşünas 200 manata qaldırılan cərimə barədə: \

Yol hərəkəti sahəsində bəzi cərimələrin artırılması və yeni cərimələrin müəyyən edilməsi ilə bağlı layihə barədə məlumatlar yayılır.

 

Bu barədə Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib ki,  layihələr hələlik ortada olmasa da, söhbətin rəsmi olduğu şübhə doğurmur.

 

Onun sözlərinə görə, sonuncu dəfə 2023-cü ilin iyulunda bəzi cərimələr artırılmışdı:

 

“Cərimələrin belə tez-tez artırılması heç də yaxşı hal deyil. Əsas hədəf tam hüquqi müəyyənliyin və bundan sonra məsuliyyətin labüdlüyünün təmin edilməsi, insanlarda yüksək hüquq mədəniyyəti və məsuliyyətli davranış tərzinin formalaşdırılması olmalıdır.  Artırılan cərimələrin bəziləri hazırda 10 manatdır. Bunun artırılmasını başa düşmək olar, 20 manat olacağı deyilir. Amma ötən il 60 manatdan 80 manata qaldırılan cərimənin bir il sonra 100 manata qaldırılmasını iqtisadi və hüquqi olaraq əsaslandırmaq mümkün deyil”.

 

 

Ekspert bildirib ki, sürücülük hüququ olmadan idarə etmənin cəriməsinin 100 manatdan 200 manata qaldırılacağı deyilir:

 

“Maraqlıdır, görəsən kimlər 100 manata əhəmiyyətsiz baxırlar ki, belələrini bu xətadan çəkindirmək üçün bu cəriməni 2 dəfə artırmaq zərurəti var? Bəzi cərimələrin tətbiqindəki qeyri-müəyyənliyi və mübahisələri aradan qaldırmaq üçün yol hərəkəti qaydalarında da ciddi dəyişikliklərə ehtiyac var”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...

ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

"OpenAI" məşhur süni intellekt əsaslı chatbotu olan "ChatGPT" üçün bir sıra yeniliklər təqdim edib.   Sfera.az xəbər verir k...

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəb...

Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.  ...

ABŞ-də dindarlar miqrasiya siyasətinə etiraz ediblər: “Tanrının prinsiplərinə ziddir” - FOTO

ABŞ-nin Nyu-Cersi ştatının Nevark şəhərində yerləşən Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) yeni açılan mərkəzi qarşısında etiraz aksiyası keçirilib. Aks...

Çin hakimiyyəti ABŞ-lə bağlı bu qadağanı ləğv etdi

Çin hakimiyyəti Amerikanın “Boeing Co.” şirkətindən təyyarə tədarükünə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az xəbər verir ki, bu ba...