Dağlıq ərazilərə qar yağdı - FAKTİKİ HAVA
Bəzi çaylardan sel keçib, dağlıq ərazilərə qar yağıb. Bu barədə Sfera.a z-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 15-i saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. 3000 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərə qar yağıb. Düşən yağıntının miqdarı Kürdəmirdə 28 mm, Qobustanda 27 mm, Şəkidə 14 mm, Oğuzda 12