"COP-29 Azərbaycan turizminə uzun müddət töhfə verəcək" - Kənan Quluzadə 

Bu il turizm göstəriciləri rekord həddə olacaq.


Sfera.az xəbər verir ki, bunu Şahdağ Qış-Yay Turizm Kompleksinində yay mövsümünün açılışı ilə bağlı keçirilən mətbuat konfransı zamanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib. 


O, Azərbaycanın daha geniş xarici bazarlara çıxacağını vurğulayıb: 


"İlin sonunadək iri miqyaslı tədbirlər keçiriləcək. İdman, mədəniyyət, tanıtım tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Noyabrda isə ölkədə dünyanın ən böyük tədbirlərindən olan COP-29 baş tutacaq. Bu, Azərbaycan turizminə uzun müddət təsir edəcək və Azərbaycan turizmi xarici bazarlarda tanınacaq". 


Agentlik rəsmisi cari ildə "yaşıl turizm"ə xüsusi diqqətin ayrıldığını bildirib: 

 

"Biz əsas diqqəti yaşıl turizmə vermişik. Xarici və daxili bazarda turistləri bu istiqamətdə cəlb etmək istəyirik. İyunun 13 də Prezident İlham Əliyev palçıq turizm kompleksinin açılışı etdi. Orada həmçinin tarixi təbiət sərgisi açılıb ki, faunamızı daha yaxından tanıyaq".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR