Logo

Məlahət Abbasovanın ailəsinə ağır itki - FOTO

Məlahət Abbasovanın ailəsinə ağır itki - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa, Əməkdar incəsənət xadimi Məlahət Abbasovaya ağır itki üz verib.

Sfera.az xəbər verir ki, sənətçinin qayınanası dünyasını dəyişib.

Sosial media hesabında paylaşım edən aktrisa bu sözləri qeyd edib:

"Və son. Dünən canım anam evimdə mələk oldu. Sənə "qayınana" deyə bilmirəm, çünki mənə analıq etmisən. Gözəl anam, sən evimin dirəyi idin. Sən anaların anası idin, mələk üzlüm. Yaxşılıq, yardımsevər bir qadın idin, anam. Hamımız pərişanıq. Səndən ötrü çox darıxacağıq. Yaxşı ki, mənim anam oldun. Yaxşı ki, uşaqlarımın sənin kimi nənəsi oldu. Dünən mənə son baxışlarını, mənə "əlvida" deyə əl etməyini əsla unutmayacağam. Haqqın ödənməz. Məkanın cənnət olsun, nurlar içərisində yat! Allah sənə rəhmət etsin!"

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR