"Şahdağ Turizm Mərkəzinə səfər edənlərin sayı bu il daha da artıb" - Rüstəm Nəcəfov 

"2023-ci illə müqayisədə Şahdağ Turizm Mərkəzinə səfər edənlərin sayı bu il 102.96 faiz artıb".

 

Sfera.az xəbər verir ki, bunu Şahdağ Qış-Yay Turizm Kompleksində yay mövsümünün açılışı ilə bağlı mətbuat konfransında Şahdağ Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov deyib.

 

O bildirib ki, 2022-ci illə müqayisədə hotellərdə gecələmələr üzrə 63 faiz, səfər edənlər üzrə isə 33 faiz artım müşahidə olunub:

 

"Hotellərdə qonaq sayı ötən ilə nəzərən bu il 85.43 faiz çoxluq təşkil edib. Turizmin təbliğatında Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ilə birgə aktiv olaraq Şahdağ Turizm Kompleksi də iştirak edir. Əlimizdən gələni edirik ki, Şahdağı maksimum təbliğ edib maraq doğuraq".

 

R.Nəcəfov kompleksin həyata keçirdiyi sosial layihələrə də diqqət çəkib:

 

"Bundan başqa, biz 4 dəfə "Mənim atam qəhrəmandır" və  "Mənim oğlum qəhrəmandır" tədbirlərini keçirmişik. 2 günlük tədbirdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri bura dəvət olunub və onlar üçün proqram tərtib edilib. Biz maksimum çalışmışıq ki, onlar üçün sevinc bəxş edək".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR