“Qarabağ”ın matçının biletləri nə vaxt satışa çıxarılır?
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” - “Dinamo” (Zaqreb, Xorvatiya) oyununun biletləri sabah saat 12:00-dan etibarən satışa çıxarılacaq. Klubdan Sfera.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır. Azarkeşlər