Bakıda söküntüsü aparılan bu binaların yerində park tikiləcək - RƏSMİ AÇIQLAMA

Bakıda söküntüsü aparılan bu binaların yerində park tikiləcək - RƏSMİ AÇIQLAMA

Xətai Rayon İcra Hakimiyyəti (RİH) rayon ərazisində yerləşən bəzi yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü ilə bağlı məlumatlara münasibət bildirib.

 

Sfera.az xəbər verir ki, RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, söküntü işləri istismar müddətini başa vurmuş və şəhərin estetik görünüşünə xəlil gətirən binaları əhatə edir.

 

Onun sözlərinə görə, həmin tikililərin bir qisminin söküntüsü artıq yekunlaşıb və ərazidə hamarlanma işləri aparılır: "Sakinlərdən müəyyən məbləğ qarşılığında satın alınaraq tikililərin söküntüsünün davam etdirilməsi və digər daşınma işləri üçün tender elan olunub. Yəni sakinlər müqaviləyə uyğun olaraq köçürüldükdən sonra boşaldılmış tikililərin söküntüsünə başlanılır ki, ərazidə dərhal abadlıq işləri aparılsın".

 

P.İmanov əlavə edib ki, söküntü gedən ərazi "Sevirəm" parkına bitişikdir və yeni layihə ilə söküntünün aparıldığı ərazi hesabına park genişləndiriləcək.

 

Xatırladaq ki, 2016-cı ildə salınan “Sevirəm” park kompleksinin ümumi ərazisi 3,2 hektardır. 


OXŞAR XƏBƏRLƏR

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

  Laçında fəaliyyət göstərən çörək zavodu insanların gündəlik qida ehtiyacını təmin etməklə yanaşı, bir çox şəxslər üçün iş yerinə çevrilib.   ...

100 il yaşamaq üçün nə etmək lazımdır? - Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. ...

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...