Azərbaycanda 7 ayda qadın və gənc sahibkarlara bu qədər güzəştli kredit verilib

Azərbaycanda 7 ayda qadın və gənc sahibkarlara bu qədər güzəştli kredit verilib
Kateqoriya məlum deyil
T

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) verdiyi güzəştli kreditlərin 6,55 %-i qadın sahibkarların payına düşüb.

 

Sfera.az bu barədə Fonda istinadən xəbər verir.

 

Məlumata görə, hesabat dövründə 257 qadın sahibkarın layihələrinə 7,8 milyon manat güzəştli kredit ayrılıb.

 

Bundan başqa, yanvar-iyun aylarında Fondun xətti ilə 99 gənc sahibkarın təqdim etdiyi layihələr üzrə ümumilikdə 3,5 milyon manat güzəştli kredit ayrılıb.

 

7 ay ərzində SİF sahibkarların 3 252 layihəsinə 119 milyon manat güzəştli kredit verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR