21 avqust - Terror Qurbanlarının Beynəlxalq Anım Günüdür

21 avqust - Terror Qurbanlarının Beynəlxalq Anım Günüdür

Bu gün dünyada 21 avqust - Terror Qurbanlarının Beynəlxalq Anım Günüdür.

 

Sfera.az xəbər verir ki, bu günün əsas məqsədi terror qurbanlarına və ondan zərər çəkənlərə ehtiram göstərmək, onlara dəstək olmaq, hüquq və əsas azadlıqlarının qorunmasına və tam şəkildə həyata keçirilməsinə təkan verməkdir.

 

Terrorizm təhlükəsizliyi, cəmiyyətin demokratik dəyərlərini, vətəndaşların hüquq və azadlıqlarını, xüsusən də günahsız insanları hədəfə götürən təhlükədir.

 

Əfsuslar olsun ki, müxtəlif dövrlərdə azərbaycanlılara qarşı çoxsaylı müharibə cinayətləri, dəhşətli terror aktları və soyqırımılar baş verib.

 

Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ermənistanın yeritdiyi terrorçuluq, hərbi təcavüz siyasəti ifşa olunur. 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimiz Azərbaycanı bütün dünyaya qalib ölkə, xalqımızı isə qəhrəman xalq kimi tanıtdı.

 

Terror qurbanlarının xatirəsini ehtiramla yad edirik!

 

Fidan


OXŞAR XƏBƏRLƏR

“Hürrəmşəhr” raketi ehtiyatdadır – Tehran bu dağıdıcı silahdan istifadə edəcəkmi?

Yaxın Şərqdə gərginlik artmaqda davam edir. İranın İsrailə qarşı başlatdığı “Gerçək Vəd-3” adlı raket əməliyyatında indiyədək 300-ə yaxın raket atıl...

"İran düşmənə cəhənnəmi yaşadacaq" - Qalibaf

 İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinin İsrail rejiminə qarşı cavab əməliyyatları və yaranmış vəziyyətlə bağlı sərt bəyan...

Axtarışda olan 61 nəfər ələ keçirildi

İyunun 14-də və 15-də ölkə ərazisində qeydə alınan 100, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   ...

Pezeşkian İran xalqına çağırış etdi

İsraillə dörd gündür davam edən silahlı qarşıdurma fonunda İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı istehsalı ilə bağlı iddiaları təkzib edib və xa...

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər "od tutub yanır"

Yay mövsümünün başlanması ilə birlikdə Bakıda otel qiymətləri ciddi şəkildə artıb. Paytaxtda yerləşən otellərdə bir gün gecələmə qiymətləri 15 manatdan başlayar...

Bakı və Abşeronda 4 gün su kəsiləcək- Qəza olub

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının əksər ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq. ...