Azərbaycanda taksilər üçün YENİLİK
Kateqoriya məlum deyil
Taksi sürücülərinə ödənilən gəlirlərdən 1 faiz vergi tutulacaq Azərbaycanda taksi sifarişi operatorları vasitəsilə sərnişindaşıma fəaliyyəti göstərən şəxslər üçün yeni vergi mexanizminin tətbiqi təklif olunur.
Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində nəzərdə tutulub.
Təklifə əsasən, taksi sifarişi operatorları tərəfindən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə ödənilən gəlirlərdən 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanacaq. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Bəsti Rəfizadə
Sfera.az






