Logo

Mərc oyunlarında vergi qaydaları dəyişir

Mərc oyunlarında vergi qaydaları dəyişir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda lotereya və idman mərc oyunları sahəsində yeni vergi rejiminin tətbiqi təklif olunur.

Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Təklifə əsasən, lotereya və idman mərc oyunlarının operatorlarına mövcud 6 faizlik sadələşdirilmiş vergi rejimini saxlamaqla yanaşı, GGR (ümumi oyun gəliri) modeli üzrə vergi rejimini seçmək hüququnun verilməsi nəzərdə tutulur.

Dəyişikliklər çərçivəsində oyunçuların əldə etdiyi uduşların vergiyə cəlb olunması qaydalarına da yenidən baxılması təklif edilir. Belə ki, hazırda 500 manatadək uduşlar gəlir vergisindən azaddır, bu məbləği aşan hissədən isə 10 faiz vergi tutulur. Layihəyə əsasən, stimullaşdırıcı lotereyalardan əldə edilən uduşlar istisna olmaqla, 500 manatdan artıq uduşlardan tutulan 10 faizlik verginin ləğvi və ya bu sahədə vergi yükünün optimallaşdırılması nəzərdə tutulur.

Dəyişikliyin əsas məqsədi qanuni fəaliyyət göstərən operatorların rəqabət qabiliyyətini qorumaq, oyunçuların lisenziyalı platformalara marağını artırmaq və qeyri-rəsmi mərc bazarının payını azaltmaqdır. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR