2050-ci ilədək 2,5 milyona yaxın insan miqrasiya riski ilə üzləşəcək

2050-ci ilədək 2,5 milyona yaxın insan miqrasiya riski ilə üzləşəcək
Kateqoriya məlum deyil
T

Xəzəryanı ərazilərdə baş verən genişmiqyaslı iqlim dəyişiklikləri 2050-ci ilədək 2,5 milyona yaxın insanın ölkə daxilində miqrasiya riski ilə üzləşməsinə səbəb ola bilər.


Sfera.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev Türkmənistanda keçirilən Xəzər Ekologiya Sammitində çıxışı zamanı deyib.


Tokayev bildirib ki, Xəzərin ağır vəziyyətini regionda baş verən genişmiqyaslı iqlim dəyişikliklərindən ayrı nəzərdən keçirmək olmaz.


“Dünya Bankının qiymətləndirmələrinə görə, 2050-ci ilədək regionda təxminən 2,5 milyon insan iqlim amilləri səbəbindən ölkə daxilində miqrasiya riski ilə üzləşə bilər”, – deyə o qeyd edib.


Qazaxıstan Prezidenti əlavə edib ki, proqnozlara əsasən, cari əsrin sonunadək regionun bəzi ərazilərində temperatur 5 dərəcəyədək yüksələ bilər.


Onun sözlərinə görə, bu proses buzların əriməsini sürətləndirəcək, su çatışmazlığını, quraqlığı və torpaqların deqradasiyasını daha da gücləndirəcək.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR