Yorğunluğu azaltmaq üşün bunları etməlisiniz

Yorğunluğu azaltmaq üşün bunları etməlisiniz
Kateqoriya məlum deyil
T

Sosial media təzyiqi, gərgin iş qrafiki və gündəlik stress insanların zehni yorğunluğunu artırır. Mütəxəssislər yaranan yorğunluğu aradan qaldırmaq üçün bir sıra sadə vərdişlər tövsiyə edirlər.

Sfera.az xəbər verir ki, mütəxəssislər gündəlik stress və zehni yorğunluğun azalması üçün daha diqqətli və balanslı həyat tərzinə üstünlük verməyi tövsiyə edirlər.

Onların fikrincə, təbiətdə daha çox vaxt keçirmək stressin azalmasına və sinir sisteminin daha yaxşı tənzimlənməsinə kömək edir. Bu səbəbdən gün ərzində açıq havada gəzməyə və təbiətlə təmasda olmağa vaxt ayırmaq tövsiyə olunur.

Ekran qarşısında keçirilən vaxtın azaldılması da zehni yorğunluğun qarşısını almağın yollarından biridir. Xüsusilə səhər yuxudan oyanan kimi telefona baxmamaq, sosial şəbəkələrdən və mənfi xəbərlərdən bir müddət uzaq qalmaq günə daha sakit başlamağa imkan verir.

Mütəxəssislər həmçinin insanların bədənlərinin siqnallarını dinləməsinin vacib olduğunu vurğulayırlar. Kifayət qədər su içmək, düzgün qidalanmaq, hərəkət etmək və ehtiyac olduqda istirahət etmək bədənin əsas ehtiyacları sırasındadır.

Əvvəlki günlərdə baş verən müsbət hadisələri xatırlamaq da əhval-ruhiyyəyə müsbət təsir göstərə bilər.

Bundan başqa, sakitləşdirici musiqi dinləmək, zəif işıqdan istifadə etmək, xoş qoxular da yorğunluqla mübarizə aparmaq üçün effektiv üsullardandır. Mütəxəssislər bu cür sadə vərdişlərin gündəlik həyatda stressi azaltmağa və insanın özünü daha rahat hiss etməsinə kömək edə biləcəyini bildirirlər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR