Logo

Noyabrda 11 gün iş olmayacaq

Noyabrda 11 gün iş olmayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq.

Sfera.az xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, noyabrın 10-u da qeyri-iş günü olacaq.

Beləliklə, noyabrın 7-si, 8-i, 9-u və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 7 qeyri-iş günü olacaq./metbuat

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR