"Azərlotereya"nın "Poz-Qazan" oyunları iyulda 15,7 milyon manatdan çox uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın
tirajlı lotereyaları və “Poz-Qazan” oyunları üzrə iyul ayında növbəti böyük uduşlar qeydə
alınıb.
Belə ki, ötən ay tirajlı lotereyalar arasında ən böyük uduş “Super Keno” oyununda
qazanılıb. Bakı şəhər sakini 10 uğurlu rəqəmlə 100 000 manatın sahibi olub. “4+4” tirajlı
lotereyasında isə Ümid Hüseynov 1 900 000 manatlıq cekpotu cəmi 1 rəqəmlə qaçırsa
da, 15 986 manat qazanaraq şanslı qaliblər sırasına qoşulub.
İyul ayında “Poz-Qazan” oyunları üzrə ümumilikdə 3 milyon 290 mindən çox uduşlu bilet
qeydə alınıb. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,7 milyon manatdan çox
olub. Ayın bəxtəvərləri sırasında qiyməti 1 manat olan “Qızıl” lotereyası ilə 25 000
manat qazanan Rəvvaq Şaliyev, eləcə də qiyməti 2 manat olan “Uğurlu 7” lotereyası ilə
10 000 manat qazanan Vüqar Həsənov da yer alıb. Bundan əlavə, “4 Fəsil” oyunu üzrə
iki nəfər hər biri 5 000 manat, “Qoşa” oyunu üzrə isə üç nəfər hər biri 4 000 manat uduş
qazanıb.
“Azərlotereya”nın “4+4” tirajlı lotereyasında cekpot məbləği hazırda rekord həddə
çataraq 1 900 000 manatı ötüb və öz şanslı sahibini gözləyir. Bununla yanaşı, müxtəlif
“Poz-Qazan” oyunlarında da 500 000 manatadək böyük uduş qazanmaq imkanı var.
Biletləri Azərlotereya.com və Misli.az səhifələri, “Azərlotereya” satış nöqtələri, “Misli”
məntəqələri, “Azərpoçt” şöbələri, “Araz” və OBA marketlər şəbəkəsi, eləcə də digər
mağaza və köşklərdən əldə etmək mümkündür.






