"Azərkosmos", AZAL və ASCO ilə bağlı yeni qərar

"Azərkosmos", AZAL və ASCO ilə bağlı yeni qərar
Kateqoriya məlum deyil
T

Prezident İlham Əliyev “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Fərmanın icrası ilə əlaqədar bir sıra mühüm normativ aktlarda dəyişiklikləri təsdiqləyib.

Sfera.az xəbər verir ki, Fərmana əsasən, "Azərkosmos"un İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həmçinin qurumun əməkhaqqı fondunun müəyyən edilməsi AZCON-la razılaşdırılacaq.

Bununla yanaşı, "Azərbaycan Hava Yolları" (AZAL) və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) QSC-lərinin ümumi yığıncağının səlahiyyətlərinin, o cümlədən Müşahidə Şuralarının fəaliyyətinin tənzimlənməsi AZCON-a həvalə edilib.

Dövlət başçısının qərarı ilə hər iki böyük cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi artıq sədr və onun 6 müavinindən ibarət 7 nəfərlik İdarə Heyəti həyata keçirəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR