Müəllim olmaq istəyənlərin nəzərinə: Avqustun 5-i saat 11:00-dan...

Müəllim olmaq istəyənlərin nəzərinə: Avqustun 5-i saat 11:00-dan...
Kateqoriya məlum deyil
T

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə vakansiya seçiminin ilk mərhələsinə start verilir.

Sfera.az bildirir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, avqustun 5-i saat 11:00-dan etibarən vakant yerlərin seçimi mərhələsi başlayacaq.

İlkin mərhələdə test imtahanında müəyyən edilmiş keçid balını toplamış şəhid ailəsi üzvlərinə vakant yer seçmək imkanı yaradılacaq.

Bildirilib ki, namizədlər elektron ərizə vasitəsilə maksimum 8 vakant vəzifə seçə bilərlər. Yerləşdirmə zamanı namizədin seçdiyi vakansiyaların ardıcıllığı əsas götürüləcək.

Qeyd olunub ki, vakant yerə yerləşdirildikdən sonra həmin vəzifədən imtina edən şəxslər növbəti vakansiya seçim mərhələlərində iştirak edə bilməyəcəklər.

Növbəti mərhələlərdə yaşayış yerinə uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələri üzrə və daha sonra ümumi vakansiya seçimi keçiriləcək. Bu mərhələlərin tarixləri barədə əlavə məlumat veriləcək.

Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi avqustun 6-sı saat 11:00-dək davam edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR