şəhid ailəsi
Müəllim olmaq istəyənlərin nəzərinə: Avqustun 5-i saat 11:00-dan...
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə vakansiya seçiminin ilk mərhələsinə start verilir. Sfera.az bildirir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, avqustun 5-i saat 11:00-dan etibarən vakant yerlərin seçimi mərhələsi başlayacaq. İlkin mərhələdə test imtahanında müəyyən edilmiş keçid balını toplamış şəhid ailəsi üzvlərinə vakant yer seçmək imkanı yaradılacaq. Bildirilib ki, namizədlər elektron ərizə vasitəsilə maksimum 8 vakant vəzifə seçə bilərlər.
Cəmiyyət05.08.2026 12:42

