"Güvən, amma yoxla" PRİNSİPİ: Pul müqabilində bir-birini izlədənləri hansı cəza gözləyir?

Son zamanlar xüsusilə sosial media vasitəsilə bir-birini təqib edən və ya hakerlərə pul verərək şəxsi məlumatları izləyən vətəndaşlarla qarşılaşırıq. Danmaq olmaz ki, bu cür insanlar hər kəsin ətrafında mütləq var. Kimiləri bunu müasir dövr, informasiya bolluğu, sosial şəbəkələrin yaratdığı fəsadlarla əlaqələndirir,  kimiləri atılan addımları birbaşa “özinkişafa” bağlayır. Bəziləri isə buna “Özümüzdən asılı deyil, inanmırıq”,  “İndiki dövrdə heç kimə güvənmək olmaz”,  kimi cümlələrlə haqq qazandırmağa çalışırlar. Məsələ ondan ibarətdir ki,  təqib və ya izləmə üsulları da hazırda açıq-aşkar sərgilənir – istər “TikTok”da, istərsə də ənənəvi üsullarla, yəni dildən-dilə.....Müəyyən pul müqabilində həyat yoldaşı, sevgilisi,  gəlini və ya kürəkəninin şəxsi hesablarına daxil olan, yazışmalarını oxuyan şəxslərlə bağlı hələ də eşidirik.

 

Maraqlıdır, özəl məlumatları ələ keçirmək üçün pul verən və bunu təmin edən vətəndaşları hansı cəzalar gözləyir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq, eyni zamanda şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var. Müsahibimizin sözlərinə görə, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir:

“Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.  Bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cəza da nəzərdə tutulub. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən,  şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır”.

 

T.Abdullazadə həmçinin Cinayət Məcəlləsinin  271.1-ci maddəsinə də istinad edib:

 

“Bu maddəyə əsasən, kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompüter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma - iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin zərərçəkmiş və hüquqları pozulmuş şəxslər onlara dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq qarşı tərəfdən məhkəməyə müraciət edə, hətta kompensasiya da tələb edə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

5 Avqust Azərbaycan Hərbi Dəniz Donanması Günüdür.   Sfera.az xatırladır ki, Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti döv...

Bakının mərkəzində mənzildən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyət...

Bir zamanlar iti ilə maşında yatan kişi dünya ulduzuna çevrildi - FOTOLAR

"Şotlandiya Müharibə Maşını" da adlandırılan Lukanın həyatı kökündən dəyişib. Onun çox maraqlı həyat hekayəsi var. Arzusuna gedən yolda o, uşaq baxıcı...

Bu zoopark əhaliyə çağırış etdi: Ev heyvanlarını yırtıcılara vermək üçün bağışlayın

Danimarkadakı zoopark yerli sakinləri sağlam ev heyvanları, xüsusən də dovşan, toyuq və qvineya donuzlarını yırtıcı heyvanlar üçün yem kimi ianə etməyə çağırıb....

Dünyanın ən gülməli ölkələrinin adı AÇIQLANDI

Remitly tərəfindən aparılan beynəlxalq araşdırma zamanı planetin ən gülməli xalqları müəyyən edilib. Ekspertlər 30 ölkədən 6000-dən çox insan arasında sorğu keç...

Ad gününə 2 gün qalmış xəstəlikdən vəfat etdi - FOTO

1970-1980-ci illərin sevimli aktrisalarından biri olan Loni Anderson vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 80 illik yubileyinə iki...