Milli Kibertəhlükəsizlik Mərkəzi imkanlarını təqdim etdi - FOTO

Milli Kibertəhlükəsizlik Mərkəzi imkanlarını təqdim etdi - FOTO

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) tərkibində Milli Kibertəhlükəsizlik Mərkəzi fəaliyyət göstərir.



Sfera.az xəbər verir ki, Bakıda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu”nda Mərkəz təmsil olunub.
 


Milli Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 aprel 2021-ci ildə qəbul olunmuş fərmanı ilə Dövlət Təhlükəsizlik Xidmətinə ölkə üzrə kritik informasiya infrastrukturu obyektləri ilə bağlı normativ hüquqi aktlarının hazırlanması və təqdim olunması səlahiyyəti verilib.


Bununla əlaqədar olaraq Nazirlər Kabinetinin 229 və 230 nömrəli qərarları ilə Kritik informasiya infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsi qaydası və kritik informasiya infrastrukturu obyektlərinin reyestr strukturu və aparılması qaydaları təsdiq olunub.

Mərkəz təmsilçisi bildirib ki, Dövlət Təhlükəsizlik Xidməti müvafiq olaraq kritik informasiya infrastrukturu obyektlərinin siyahısını hazırlayıb aidiyyəti üzrə təqdim edib.
 

Bu, gələcək planda onların təhlükəsizliyinə nəzarət, onlara metodik dəstəyin göstərilməsi, qarşılıqlı əlaqənin formalaşmasında ilkin addımların atılmasıdır.

 

Bunun üçün süni intellekt əsasında milli həll (COBRA) hazırlanıb. Gələcəkdə kritik informasiya infrastrukturu subyekti və ya şəxslər onlarda yaranacaq hər hansı sualı milli həllə daxil etməklə cavab tapmış olacaqlar.
 

Qeyd edək ki, COBRA-nın konkret olaraq əhatə dairəsi müvafiq normativ hüquqi aktları əhatə edir. Milli həll kritik informasiya infrastrukturu ilə bağlı verilən istənilən suala bazasına yüklənmiş normativ hüquqi aktlardan yola çıxaraq, cavabları analiz edərək məqsədəuyğun şəkildə cavab verəcək.
 

Milli həll hazırda lokaldadı, gələcəkdə qlobala çıxaracağı gözlənilir.

Dövlət Təhlükəsizlik Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi kritik informasiya infrastrukturlarının təhlükəsizliyinə nəzarət edir.
 

Mərkəzin saytında (//ncsc.gov.az) həm informatik xarakterli, həm də mərkəzin fəaliyyəti haqqında məlumatlar yer alıb. Saytın məhsullar və xidmətlər bölməsində Milli Kibertəhlükəsizlik Mərkəzində görülən işlər barədə informasiya yerləşdirilib.

 

Onlar çevikliyi artırmaq məqsədilə real vaxt ərzində kritik informasiya infrastrukturu subyektlərinin təhlükəsizliyi ilə bağlı sual verib cavab ala biləcəklər.
 

Bundan başqa, kiber təhdid məlumatlarının mübadilə platforması da var. Burada da subyektlər öz təhlükəsizliyini gücləndirmək məqsədilə qoşula və təhdidlərlə bağlı informasiyaları öz aralarında və yaxud Milli Kibertəhlükəsizlik Mərkəzi ilə mübadilə edə bilərlər. Sayt əsasən informatik xarakterlidir, bir neçə bölmədən ibarət olan saytda dünyada və Azərbaycanda baş verən kibertəhlükəsizliklə bağlı məqalələr yer alacaq.

 


OXŞAR XƏBƏRLƏR

Kartofun qiyməti rekord həddə bahalaşdı: Səbəbləri açıqlandı

2025-ci ilin əvvəlindən Rusiyada kartofun topdansatış qiyməti 85 faiz artıb.   Sfera.az xəbər verir ki, “Kommersant” “Rosstat&rdquo...

Bakıda minik avtomobili "KamAz"la toqquşub, ölən və xəsarət alanlar var

Bakıda minik avtomobili "KamAz" markalı yük avtomobili ilə toqquşub.   Sfera.az xəbər verir ki, hadisə mayın 3-də Qaradağ rayon ərazisində ...

Vüqar Həşimovun bacısına vəzifə verildi

Mərhum şahmatçı Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva yeni vəzifəyə təyin olunub.   Sfera.az “Unikal”a istinadən xəbər verir ki, S...

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...