Logo

Azərbaycanda müəllimlərin sayı azalır - STATİSTİKA

Azərbaycanda müəllimlərin sayı azalır - STATİSTİKA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışan və əsas heyətə aid edilən müəllimlərin sayında azalma 2023-cü ildə də müşahidə olunub.

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, müəllim sayı 2021-ci ildə 152 min olduğu halda, 2022-ci ildə 151,6 minə, 2023-cü ildə 150,9 minə geriləyib.

Son iki ildə müəllimlərin sayında 1100 nəfər azalma qeydə alınıb.

Müəllim sayında azalma dövlət sektorunda müşahidə edilib. Qeyri-dövlət mülkiyyətində olan məktəblərdə isə müəllim sayında artım olub.

2021-ci ildə dövlətdə 149,3 min müəllim çalışdığı halda 2023-cü ildə müəllimlərin sayı 147,2 min təşkil edib.

Qeyri-dövlət məktəblərində isə 2021-ci ildə 2,6 min, 2023-cü ildə 3,6 min müəllim çalışıb.

Müəllim sayının qeyri-dövlət bölməsində artmasının səbəbi şagird sayındakı dəyişikliklə bağlıdır. Qeyri-dövlət məktəblərində şagird sayı 2021-ci ildə 16,9 min nəfər olduğu halda 2023-cü ildə 23,5 min nəfərə yüksəlib. Qısa müddətdə qeyri-dövlət məktəblərində şagirdlərin sayı 6,6 min artıb.

Dövlət məktəblərində isə şagird sayında ciddi dəyişiklik baş verməyib.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR