Dənizkənarı Milli Parkda uşaqların iştirakı ilə veloyürüş TƏŞKİL EDİLDİ

Dənizkənarı Milli Parkda uşaqların iştirakı ilə veloyürüş TƏŞKİL EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqların iştirakı ilə veloyürüş keçirilib. Tədbir Dənizkənarı Milli Parkda təşkil edilən mikromobillik zolağında baş tutub.

 

Sfera.az-ın AYNA-ya istinadən verdiyi məlumata görə, 8-12 yaş aralığında uşaqlar velosipedlərlə yürüşə qatılıblar. Daha aşağı yaş qrupuna aid uşaqlar isə yürüşdə skuterlərlə iştirak ediblər.

 

Əvvəlcə kiçik velosipedçilərə mikromobillik vasitələrindən istifadə qaydaları, təhlükəsizlik vasitələrinin (dəbilqə) vacibliyi, yol hərəkəti qaydaları izah olunub. Yürüş iştirakçılarına “Davranış qaydaları” adlı kitablar hədiyyə edilib.

 

Tədbirdə uşaqların sağlam böyüməsi və fiziki fəallığının artırılmasında velosipeddən istifadənin əhəmiyyəti vurğulanıb. Sağlam həyat tərzinin uşaqlara kiçik yaşlarından aşılanmasının vacibliyi qeyd olunub.

Qeyd edək ki, AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində 6.5 km məsafəni əhatə edən davamlı mikromobillik zolağı yaradılıb. Zolaqlar Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir. Son olaraq Bulvar ərazisində velosiped yolunun təşkili ilə digər küçə və prospektlərdə salınan velosiped yolları əlaqələndirilib və tam bir dövrə tamamlanıb.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

5 Avqust Azərbaycan Hərbi Dəniz Donanması Günüdür.   Sfera.az xatırladır ki, Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti döv...

Bakının mərkəzində mənzildən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyət...

Bir zamanlar iti ilə maşında yatan kişi dünya ulduzuna çevrildi - FOTOLAR

"Şotlandiya Müharibə Maşını" da adlandırılan Lukanın həyatı kökündən dəyişib. Onun çox maraqlı həyat hekayəsi var. Arzusuna gedən yolda o, uşaq baxıcı...

Bu zoopark əhaliyə çağırış etdi: Ev heyvanlarını yırtıcılara vermək üçün bağışlayın

Danimarkadakı zoopark yerli sakinləri sağlam ev heyvanları, xüsusən də dovşan, toyuq və qvineya donuzlarını yırtıcı heyvanlar üçün yem kimi ianə etməyə çağırıb....

Dünyanın ən gülməli ölkələrinin adı AÇIQLANDI

Remitly tərəfindən aparılan beynəlxalq araşdırma zamanı planetin ən gülməli xalqları müəyyən edilib. Ekspertlər 30 ölkədən 6000-dən çox insan arasında sorğu keç...

Ad gününə 2 gün qalmış xəstəlikdən vəfat etdi - FOTO

1970-1980-ci illərin sevimli aktrisalarından biri olan Loni Anderson vəfat edib.   Sfera.az xəbər verir ki, aktrisa 80 illik yubileyinə iki...