Tozlu hava şəraiti DAVAM EDİR

Tozlu hava şəraiti DAVAM EDİR

Paytaxtda tozlu hava şəraiti davam edir.

 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

 

O qeyd edib ki, Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2 dəfə çoxdur.

 

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. 1 iyun tarixində cənub-şərq istiqamətli küləklərin şimal-qərb küləkləri ilə əvəz olunması nəticəsində tozun miqdarının norma həddinə düşəcəyi gözlənilir”, - qurum rəsmisi bildirib.

 

Onun sözlərinə görə, artıq bir neçə gündür ölkə ərazisində müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.

 

Günay


OXŞAR XƏBƏRLƏR