Logo

Azərbaycanda uşaqların sayı getdikcə azalır - Üstünlük qızlardadır

Azərbaycanda uşaqların sayı getdikcə azalır - Üstünlük qızlardadır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda uşaqların sayı getdikcə azalır.

Sfera.az bildirir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.

O, bununla bağlı statistik məlumatları bölüşüb: “Hər gün neçə-neçə körpə doğulur. Hər qurulan yeni ailədə ən azı bir körpə dünyaya gəlir. Belə olan halda azalma nə dərəcədə realdır? Bunu statistikamız deyir. Məsələn, çox da uzaq olmayan dövrdə - 2005-ci ildə əhalinin 31.8%-ni 17 yaşına qədər uşaqlar təşkil edirdisə, 2022-ci ildə bu göstərici 26.3%-ə düşüb. Təsəvvür edin,  19 il öncə əhalinin hər 3-cü şəxsi uşaq olduğu halda, hazırda bu rəqəm hər 4-cü şəxsə qədər azalıb”.

Ekspert bildirib ki, azalma özünü daha çox qız uşaqlarında göstərir:

“Bu müddətdə oğlan uşaqlarının sayı 2.1% artdığı halda,  qızların sayı 6% azalıb. Bununla da,  oğlan və qız uşaqları arasındaki gender fərqi 2.5%-dən  3.7%-ə yüksəlib”.

Günay

Azərbaycanda uşaqların sayı getdikcə azalır - Üstünlük qızlardadır

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR