"Nömrə başqasınındır, cərimə mənə gəlib" - Radarlar hərfləri qarışdırır? - DİN rəsmisindən AÇIQLAMA

Samir Quliyev adlı şəxs sosial media səhifəsindəki paylaşımında maraqlı bir iddia ilə çıxış edib. O qeyd edib ki, başqa avtomobilə aid olan cərimə bir hərf səhvinə görə ona göndərilib.

 

Sfera.az adıçəkilən şəxsin paylaşımına istinadən xəbər verir ki, radarlar dövlət qeydiyyat nişanındakı hərf seriyasındakı “O” və “Q” hərflərini qarışdırıb.

 

“Dövlət qeydiyyat nişanı “FO” olan qara rəngli “Hyundai” avtomobilim var”, - deyən şikayətçi bildirib ki, ona göndərilən məlumatda dövlət qeydiyyat nişanındakı hərf seriyası “FQ” formasında olub, cərimə sənədinə əlavə edilən fotoda isə “Hyundai” yox, BMW markalı avtobilin şəkli əlavə edilib.

 

Üzləşdiyi məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsinə aid olan 902 nömrəli Qaynar xəttə zəng etdiyini deyən S.Əliyev, həmin nömrə ilə əlaqə saxlaya bilmədiyini, cərimənin hələ də ləğv edilmədiyini iddia edib.

 

Qeyd edək ki, son vaxtlar texniki səhv ucbatından cərimələrin düzgün təyin edilməməsi ilə bağlı çoxlu şikayətlərə rast gəlinir. Bununla bağlı sosial şəbəkələrdə də paylaşımlar qarşımıza çıxır.

 

Xüsusən, nömrələrdə “Q” seriyası istifadə ediləndən sonra bu cür texniki səhvlərin sayının artdığı iddia olunur.

 

İddialara görə, radarlar bəzən “O” hərfi ilə “Q” hərfini fərqləndirə bilmir. Bu kimi hallardan avtomobil sahibləri və ya sürücülər əziyyət çəkirlər. Həmin şəxslər ona aid olmayan problemlərlə məşğul olmağa başlayır, lüzumsuz yerə vaxt itkisi ilə üzləşirlər.

 

Məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsindən bildirdilər ki, radarların hərfləri qarışdırılması ilə bağlı iddialar əsassızdır. Qurumdan bunun adi texniki xəta olduğu söylənildi.

 

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev saytımıza açıqlamasında qeyd etdi ki, sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitə ilə aşkar edilərkən, texniki xəta səbəbindən şəxs barəsində yalnız elektron qərar çıxarılıb.

 

 

E.Hacıyev məsələnin araşdırıldığını və texniki xətanın aradan qaldırıldığını vurğuladı.

 

Altay

 


OXŞAR XƏBƏRLƏR

Bakıda bu yol axşam saatlarından BAĞLANIR

Bu gün axşam saatlarından etibarən Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) hərə...

"Dövlətlərarası münasibətlərdə ali siyasi iradə və qarşılıqlı etimad həlledici amildir" - Ülvi Quliyev

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin bugünü və gələcəyi baxımından mühüm əhəmiyyət kəsb ed...

Prezidentdən Naxçıvanla bağlı sərəncam

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməs...

6 manatdan 11 manata qaldırıldı - Yeni QƏRAR

"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Qərara dəyişiklik edib.   Sfera....

Macarıstanda bu analar vergidən azad olundu

Macarıstan parlamenti ölkədə doğum səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədilə iki və üç uşağı olan qadınların gəlir vergisindən azad olunmasını nəz...

Prezident Sərəncam imzaladı

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib.   Sfera.az AZƏRTAC-a istinadən xəbər...