"TikTok"da "kreditə qızıl satan" şəxsə hökm oxundu

"TikTok" sosial şəbəkəsində "faizə pul verilir", "ucuz qiymətə qızılların satışı" səhifələrinin admininə hökm oxunub.

 

Sfera.az-ın məlumatına görə, 1995-ci ildə Bakı şəhərində anadan olmuş Kənan Bədirli tanımadığı vətəndaşlara qarşı dələduzluq edib. O, faizə pul vermək və ya qızıl satmaq adı ilə vətəndaşları aldadaraq, kart məlumatlarını əldə edib və pullarını ələ keçirib.

 

Kənan "TikTok"da 5000 manat faiz ödəməklə 50 000 manat məbləğində pulu 10 il müddətinə kredit verməsini elan edib. Bu yolla o, Firuzə adlı qadının 1851 manatını, Mingəçevir Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən qadının 1552 manatını, Ucar rayonu Yuxarı Şilyan kəndində Azərbaycan dili və ədəbiyyat fənnini müəllimi işləyən şəxsin 5000 manat pulunu mənimsəyib. Onların bəzilərinə özünü "TBC Bank"ın əməkdaşı kimi təqdim edib.

 

O, həmçinin "TikTok" sosial şəbəkəsində "ucuz qiymətə qızılların satışı" səhifəsi yaradaraq bu yolla müxtəlif insanları aldadıb, 8800 manatdan çox pulu mənimsəyib.

 

Məhkəmənin qərarı ilə Kənan Bədirli Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 3 il 10 ay müddətə azadlıqdan məhrum edilib. (Qaynarinfo)


OXŞAR XƏBƏRLƏR

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam i...

İqtisad universitetinin təmirinə 10 milyon xərclənəcək

Azərbaycan Dövlət İqtisad Universiteti 9,7 milyon manata təmir ediləcək.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, təmir işlərini "Koneks ...

Azərbaycanda bu qaydaları pozan QHT-lər cərimələnəcək

Qeyri-hökumət təşkilatları (QHT) tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair yeni cərimələ...

İtlər sizi bu xəstəlikdən xilas edə bilər - Yeni TƏDQİQAT

Amerikalı alimlər sübut ediblər ki, itlər insanlara yalnız sakitləşməkdə deyil, həm də orqanizmin stressə sağlam reaksiya verməsində mühüm rol oynayır.  ...

Türkiyə ordusuna yeni Baş qərargah rəisi təyin olunub - FOTO

Türkiyə Ordusunun Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat ...

Cərimələrin 5 faizi onlara ayrılacaq - Prezident təsdiqlədi

Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizinin onların sosial müdafiəsi üçün yaradılan xəzinə hesabına əla...