Logo

Havada tozun miqdarı normadan 3.2 dəfə çoxdur - RƏSMİ

Havada tozun miqdarı normadan 3.2 dəfə çoxdur - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Paytaxtda tozlu hava şəraiti davam edir.

Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova deyib ki, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur.

O, fikirlərini bu cür davam etdirib:

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. Sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir”.

Xatırladaq ki, dünən saat 22:00 radələrində havada tozun miqdarı normadan 3-3.5 dəfə yüksək olub.

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR