"Boşanmaq üçün son qərarı mən verdim"

Həyat yoldaşı Zaur Cəlillə boşanma ərəfəsində olan müğənni Leyla Rəhimova "7 tamam" verilişində qonaq olub.

 

Sfera.az xəbər verir ki, şəxsi həyatından danışan ifaçı ayrılıq qərarlarına ailələrin müdaxilə etmədiyini və son qərarı özünün verdiyini bildirib:

 

"Heç barışmaq imkanımız yoxdur. Boşanmağımıza az qalıb, artıq sonuncu məhkəmədir. Ailələr ayrılmağımıza qarışmadı. Qərarı özümüz verdik. Son qərarı isə mən verdim. Artıq barışmağın yeri yox idi. Mən elə bir insanam ki, çox güzəşt edirəm. Amma bitdi dedimsə, vəssalam. Ayrılmaq üçün səbəblər üst-üstə toplandı və bu həddə çatdı. İnşallah ki, övladları da böyüdəcəyik, yaxşı olar".

 

Qeyd edək ki, Zaur ötən ilin sentyabrında "Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son" deyə, sosial şəbəkədə yazmışdı. 

 

Leyla tamaşaçılara "O səs Türkiyə" yarışmasından tanışdır. Leyla və Zaur 2016-cı ildə ailə qurub. Müğənninin həyat yoldaşı həm musiqi, həm də idmanla məşğul olur və uzun illərdir xaricdə yaşayır. Leyla da ailə qurduqdan sonra Amerikaya köçmüş və sənətdən uzaqlaşmışdı. Cütlüyün 3 övladı var. 


OXŞAR XƏBƏRLƏR

“Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi əsas məkandır” – Deputat

"Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca...

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət etdi - VİDEO 

Xalq artisti Tünzalə Ağayeva Xalq şairi, dramaturq, ictimai xadim Səməd Vurğunun ev-muzeyini ziyarət edib.   Sfera.az xəbər verir ki, pop ulduz bunun...

Latviya Ukraynaya humanitar yardım GÖNDƏRDİ

Latviya Ukraynaya növbəti humanitar yardım göndərib.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.   Bildirilib ki, ya...

Flora Kərimova məşhur həkimi MƏHKƏMƏYƏ VERDİ - FOTO

Xalq artisti Flora Kərimova "İnternational Medical Centre" klinikası və plastik-cərrah Sevinc Heydərovanı yenidən məhkəməyə verib.   Sfera....

Kamaləddin Qafarov: “Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq”

  “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri çərçivəsində keçirilən b...

Həftəsonu cinayət törədən 120 nəfər SAXLANILDI 

Həftəsonu ölkə ərazisində qeydə alınan 111, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. ...