Brilliant Dadaşova həbs edilən iş adamı ilə bağlı elə sözlər dedi ki... - \"Qeybətçi, şərəfsiz!\"

Brilliant Dadaşova həbs edilən iş adamı ilə bağlı elə sözlər dedi ki... - \
Tanınmış aktrisa Pərvin Abıyevadan sonra Xalq artisti Brilliant Dadaşova da Ukraynada həbs olunub, Azərbaycana gətirilən keçmiş iş adamı Maqsud Mahmudovu sərt tənqid edib.
 
Sfera.az bildirir ki, müğənni sözügedən şəxslə bağlı bunları deyib:

"Dələduz "siyasi sığınacaq”la qrand almaq üçün yaxından-uzaqdan onunla əlaqəsi olmayan, öz xalqının nümayəndəsi olan azərbaycanlı ana-bacılarına utanmadan, Allahdan qorxmadan şər-böhtan atan, heç bir siyasi savadı olmayıb dedi-qodudan başqa heç nədən başı çıxmayan qeybətçi, şərəfsiz! Əlbəttə, onun boşboğaz cəfəngiyyatları bəzi qüvvələri qane edirdi. Çünkü Azərbaycanda kiçikdən böyüyə - hamını pis görmək yalnız düşmənə xoş gələ bilər”.

Qeyd edək ki, axtarışda olan keçmiş iş adamı, bloger Maqsud Mahmudov saxlanılıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR