No Image
No Image

Biz azərbaycanlılara bayraq paylamamışıq – Pakistanlı nazir

Biz azərbaycanlılara bayraq paylamamışıq – Pakistanlı nazir
Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qüreyşi ölkəsinin Azərbaycana dəstəyindən danışıb.

Sfera.az xəbər verir ki, nazir yanvarın 24-də Pakistanın Pəncab əyalətinin Multan şəhərində keçirdiyi mətbuat konfransında deyib ki, onun ölkəsi daima müttəfiqlik prinsipinə uyğun davranır.

Nümunə kimi xarici işlər naziri ötən ilin sentyabr-oktyabr aylarında Azərbaycanla Ermənistan arasında 44 gün davam edən müharibəni göstərib.

Məhdum Şah Mahmud Qüreyşi bildirib ki, Pakistan və Türkiyə Azərbaycana işğal altında olan torpaqlarının geri qaytarması işində açıq dəstək verib və 44 günlük savaşda qazandığı böyük uğurlara görə Azərbaycanı təbrik edib.

Nazir bildirib ki, həmin dəstəyi Azərbaycan yüksək qiymətləndirib, Azərbaycan Ordusunun zəfərini qeyd edərkən vətəndaşlar küçələrdə Türkiyə ilə yanaşı Pakistanın da dövlət bayraqlarını dalğalandırıblar:

"Biz onlara bayraq paylamamışıq. Bu, insanların səmimi duyğularının, Pakistana bəslədikləri rəğbətin təcəssümüdür”. (Novator.az)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Əlimiz hər zaman tətikdə olmalıdır” - Köçəryanın "ədalətsiz sülh" iddialarına REAKSİYA

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Qarabağda ədalətsiz sülhün yeni savaşa səbəb olacağını deyib. O, müharibənin Minsk Qrupu yox, hökumətin uğursuzlu...

Rusiya Azərbaycan və Ermənistana təhvil verilən əsirlərin sayını AÇIQLADI

Bu günə kimi Azərbaycanla Ermənistan arasında Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 79 əsir dəyişdirilib. Sfera.az məlumat verir ki, bu barədə bu gün...

Prezident: Müsəlmanları təhqir edən Ermənistan...

İşğal zamanı Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıtmışdır. Bizim məscidlər donuz və ...

“Paşinyan “İskəndər”lə bağlı qalmaqaldan sonra üzr istəməli idi”

"Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının hökumətin istefası ilə bağlı bəyanatı ordunun gücləndirilməsinə və bərpasına sistem səviyyəsində mane olan hökumə...

Abel Məhərrəmovdan YAP-la bağlı açıqlama: “Onlar gəlməlidir, daim biz qalası deyilik ki…”

"Hesab edirəm ki, bütün sahələrdə cavanlaşdırma siyasəti reallaşdırılmalıdır". Sfera.az xəbər verir ki, bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının (Y...

İsrail-Türkiyə münasibətləri düşmənçilikdən əməkdaşlığa doğru - Bakının vasitəçilik missiyası

"Bakının vasitəçiliyilə Azərbaycan-Türkiyə -İsrail birgə müəssisələri yaradıla bilər. İqtisadi, siyasi və sosial sferalarda Türkiyə və İsrail arasında birgə l...