Azərbaycanda daha 1 nəfər COVID-19-dan öldü - 29 yeni yoluxma - RƏSMİ

Azərbaycanda daha 1 nəfər COVID-19-dan öldü - 29 yeni yoluxma - RƏSMİ
Azərbaycan Respublikasında 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, 1 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 2020-ci il martın 12-də Türkiyədən qayıtmış 1961-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olmuş, müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilmiş, pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmışdır. Xəstənin vəziyyətinin stabilləşdirilməsi ilə bağlı həyata keçirilən reanimasiya tədbirləri nəticə verməmişdir. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.
 
Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 5 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalmış və evə buraxılmışdır.Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən artıq test aparılmışdır.

Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, artıq ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında infeksiyaya yoluxma halları qeydə alınmağa başlamışdır.

Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunmuşdur.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın mənzil fondu köhnəlib – İllər üzrə bölgü

Azərbaycan əhalisinin əksər hissəsi 1991-ci ildən öncə tikilmiş mənzillərdə yaşayır.  Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, əhalinin 6...

Prezident: "Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var"

Bizim neft-qaz sahəsində uzun illər ərzində xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var.   Sfera.az xəbər verir ki, bu sözləri Azə...

Milyarderin qızı İTKİN DÜŞDÜ - FOTOLAR

“Slack” mesajlaşma proqramının həmtəsisçisi, milyarder Stüart Batterfildin 16 yaşlı qızı yoxa çıxıb.   Sfera.az bildirir ki, Mint Batterf...

İlham Əliyev: "COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Preziden...

Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”

“Aprelin 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən, Baykal-Amur Magistralının (BAM) 50...

Bakıda bu yolla narkotik satışını HƏYATA KEÇİRİRLƏR: "Gözümüzün önündə..."

"Bakının küçələrində divarlarda, qarajların üzərində naməlum teleqram kanallarının ünvanı yazılır. Məlum olub ki, bu kanallar narkotik vasitələrinin s...