“Yayım Şurası Balakişi Qasımovu bir dəfə seçibsə….” –Keçmiş direktordan İTV-dəki müəmmaya reaksiya

“Yayım Şurası Balakişi Qasımovu bir dəfə seçibsə….” –Keçmiş direktordan İTV-dəki müəmmaya reaksiya
"Balakişi Qasımov kifayət qədər savadlı və intellektual kadrdır. Onun İctimai Televiziyanın rəhbərliyinə gəlməsi məni sevindirir. Çünki həmin vəzifə onun yeridir. Balakişi Qasımovun istedadına, təşkilatçılığına bələdəm. İnanıram ki, İTV bir vaxtlar sahib olduğu böyük prestiji Balakişi Qasımovun dövründə yenidən qazanacaq”.

Bu sözləri Kult.az-a açıqlamasında İTV-nin ilk direktoru, tanınmış jurnalist İsmayıl Ömərov Cəmil Quliyevin istefasından sonra onun vəzifəsini icra edən B.Qasımovun kanalda hansı dəyişiklikləri edə biləcəyinə münasibətində deyib. İ.Ömərov qeyd edib ki, B.Qasımovun sədr seçiləcəyinə inanır:
"Artıq seçki elan edilib və B.Qasımov da namizədliyini irəli sürüb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası onu bir dəfə seçibsə, yenə də ona üstünlük verəcəyinə inanıram və bunun da müsbət nəticəsini tamaşaçılar müşahidə edəcək. O, kollektivin gücündən, bacarığından istifadə edib tamaşaçıları sevindirəcək”.

Qeyd edək ki, mayın 11-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclasında telekanalın baş direktoru Cəmil Quliyevin istefa ərizəsi qəbul edilib və onun səlahiyyətlərinə xitam verilib. Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.
Sadəcə, prosedur qaydası pozulub. Belə ki, Yayım Şurası müsabiqə elan olunmadan və namizədlər verilmədən seçimini edib.
Bu gün Milli Televiziya və Radio Şurası Balakişi Qasımovun İTV-nin baş direktoru seçilmədiyi, bu vəzifəni müvəqqəti icra etdiyini açıqlayıb. Bu səbəbdən MTRŞ İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun seçilməsi üçün müsabiqə elan edildiyini açıqlayıb.
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın mənzil fondu köhnəlib – İllər üzrə bölgü

Azərbaycan əhalisinin əksər hissəsi 1991-ci ildən öncə tikilmiş mənzillərdə yaşayır.  Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, əhalinin 6...

Prezident: "Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var"

Bizim neft-qaz sahəsində uzun illər ərzində xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var.   Sfera.az xəbər verir ki, bu sözləri Azə...

Milyarderin qızı İTKİN DÜŞDÜ - FOTOLAR

“Slack” mesajlaşma proqramının həmtəsisçisi, milyarder Stüart Batterfildin 16 yaşlı qızı yoxa çıxıb.   Sfera.az bildirir ki, Mint Batterf...

İlham Əliyev: "COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Preziden...

Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”

“Aprelin 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən, Baykal-Amur Magistralının (BAM) 50...

Bakıda bu yolla narkotik satışını HƏYATA KEÇİRİRLƏR: "Gözümüzün önündə..."

"Bakının küçələrində divarlarda, qarajların üzərində naməlum teleqram kanallarının ünvanı yazılır. Məlum olub ki, bu kanallar narkotik vasitələrinin s...