Yalan danışmaq orucu pozarmı?

Yalan danışmaq orucu pozarmı?
Məlum olduğu kimi, yalan danışmaq dinimizdə hədsiz bəyənilməyən əməllərdən biridir və onu edən günah qazanar. Günahlar savabları sildiyi üçün, yalan danışan adamın da orucdan qazandığı savab azalar və ya hətta tam silinə bilər.

Sfera.az islam.az-a istinadən bildirir ki, burada ümumi mənada yalan danışmaq nəzərdə tutulur. Yalanın konkret növü olan Allaha, Peyğəmbərə və imamlara yalan söz aid etmək isə orucu pozar. Yəni bir kəs Allahın və müqəddəslərin buyurmadıqları sözü qəsdən onlara nisbət verərək söyləsə və ya onların söylədiyi bir sözü qəsdən inkar etsə, orucu batil ola bilər. Beləliklə, hər yalan yox, onun yuxarıda deyilən növü orucu pozar. Amma ümumilikdə yalan danışmaq da orucun savabına ziyan gətirər.

OXŞAR XƏBƏRLƏR