Bursada toyu günü həyat yoldaşını öldürən şəxsin yaxınları tükürpədici etiraflar ediblər.

Təxminən 4 ay öncə Güllü Y.-ni ailəsindən istəyən Metehan Y.-ya qız verilməyincə cütlük qoşulub qaçıb Bu yaxınlarda Güllü Y. ilə Metehan Y. (23) rəsmi nikahdan sonra toy hazırlıqlarına başlayıblar. Qısqanclıqdan Metehan Y. xına gecələrinin səhəri, toylarının keçiriləcəyi gün həyat yoldaşı Güllü Y.-ni mətbəxdə çörək bıçağı ilə 8 yerindən bıçaqlayaraq öldürüb.

Cinayət şübhəlisi Metehan Y. qaçmaq istəyərkən tutulub. 

Baş prokrorluğun apardığı dindirilmələr zamanı cütlüyü tanıyanların ifadələri eşidənləri dəhşətə gətirib. Cütlüyü tanıyanlar Metehan Y.-nin Güllü Y.-nı tez-tez döydüyünü, əvvəl hətta meşəyə aparıb, bir ağaca bağladıqdan sonra getdiyini deyiblər. Bu vəziyyətdən öz gücünə çıxan Güllü Y.-nin ərini çox sevdiyi üçün ayrılmaq istədədiyi iddia edilib. Metehan Y.-nin də bu iddiaları qəbul etdiyi deyilir.

    

Sfera.az