Rəşad Sadıqov “Qarabağ”da 200-cü Premyer Liqa matçını keçirib

Rəşad Sadıqov “Qarabağ”da 200-cü Premyer Liqa matçını keçirib

Azərbaycan Premyer Liqasının V turu "Qarabağ”ın futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olub. 

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, 37 yaşlı müdafiəçi kapitanı olduğu Ağdam klubunun heyətində "Zirə” ilə matçda 200-cü çempionat oyununa çıxıb.

 

Bu, arxa xətt oyunçusunun mövsümdə ilk qarşılaşması olub. Karyerası ərzində "Turan” və "Neftçi”də də oynamış Sadıqov 2009/10 mövsümündən "Qarabağ”da çıxış edir. Bu müddətdə səkkiz qola sevinən mərkəz müdafiəçisi Ağdam klubunun tarixinə ölkə çempionatlarında 200 və daha çox matç keçirən 10-cu futbolçu kimi düşüb.

Xatırladaq ki, Rəşad Sadıqov bir müddət öncə "Qarabağ”da ümumilikdə bütün turnirlər nəzərə alınmaqla 300-cü matçını keçirib. Bu, Çempionlar Liqasının "Partizani” ilə Tiranadakı qarşılaşmasına təsadüf edib.


OXŞAR XƏBƏRLƏR