Məşhurlar seçki gününü belə keçirir: \"Qələbəni evdə plov yeyərək qeyd edəcəm\"

Məşhurlar seçki gününü belə keçirir: \
Bu gün ölkəmizdə prezident seçkiləri keçirilir. Seçki prosesində adi vətəndaşlarla yanaşı, sənət aləminin tanınmış simaları da iştirak ediblər.

Sfera.az məşhurların bugünkü seçki ilə bağlı fikirlərini təqdim edir:


 

Xalq artisti Mübariz Tağıyev:


"Bu gün olan seçki prosesində iştirak etdim. Səsimi isə İlham Əliyevə verdim. Seçki çox şəffaf və normal tərzdə keçdi. Hər şey ürəyimcə oldu. Nəticələr barədə danışmaq tez olsa da, mən düşünürəm ki, xalqımızın böyük əksəriyyəti İlham Əliyevi seçəcək. Çünki, onun reytinqi çox yüksəkdir.Gözlərimizin qarşısında tarix yazılır. Bunu nəyinsə naminə demirəm. Bu bir həqiqətdir.

 

Xalq artisti Bilal Əliyev:


Seçki prosesində iştirak etdim. Mən həmişə olduğu kimi bu dəfə də, Ulu Öndərimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə səs verdim. Görürsüz ki, onun sayəsində Azərbaycan cənnətə dönüb. Ölkəmiz o qədər gözəlləşib ki, onu tanımaq olmur. Seçki prosesi isə olduqca şəffaf idi və mənim xoşuma gəldi. Mən inanıram ki, elə bu axşam cənab Prezidentimiz İlham Əliyev qələbə çalacaq və biz də, bunu bayram edəcəyik. İndidən evdə tapşırmışam ki, gözəl süfrə açsınlar, plov bişirsinlər ki, bu möhtəşəm qələbəni qeyd edək. Mən bu qələbəni evdə plov yeyərək qeyd edəcəm. Xalqımızı təbrik edirəm, birlik arzu edirəm. Həmişə firəvan yaşasınlar. İnşallah, Prezidentimiz bu dəfə də seçiləndən sonra gözəl işlər görəcək və inanıram ki, xalqımızın firəvanlığı daha da artacaq.

 

Əməkdar artist Zöhrə Abdullayeva:


Biz bu gün olan seçkidə iştirak etdik. Tək mən yox, bütün ailəmiz. Prezidentimiz İlham Əliyevə səs verdik. Seçki prosesi şəffaf idi.

 

Əməkdar artist Mələkxanım Eyyubova:


Seçki prosesində iştirak etdim və səsimi təbii ki, İlham Əliyevə verdim. Mən çox razı qaldım, seçki prosesi çox şəffaf keçdi. Xalqımız İlham Əliyevi İstəyir sevir, dəstəkləyir. Dünyanın bir çox ölkələrində oluram. Bu yaxınlarda Amerikada idim. Orada da, İlham Əliyevi sevirlər. Onun siyasi fəaliyyəti hamımıza xoşdur.


 

Şükufə Süleymanlı

Sfera.az


OXŞAR XƏBƏRLƏR