\"Mamam qapını bağlayırdı, bizi aylarla-illərlə atama göstərmirdi\" - Röyadan ŞOK ETİRAF - FOTO

\

Sfera.az xəbər verir ki, bu sual ilə Xalq artisti Röya Ayxana İTV-də yayımlanan "3D" proqramında Dadaş Dadaşlinski müraciət edib.

Röya cavabı zamanı valideynləri ilə bağlı çoxlarının bilmədiyi məqamdan da danışıb:

"Mən həmişə onları müdafiə edəcəm. Çünki bu, mənim ailəmdir. Düzdür, o, indi də evində deyil, iş gedir. Allah hər kəsin qapısını açsın. Amma o, mənim ailəmdir. Onların ailəsindən bir qanı daşıyıram. Hər nə olur-olsun onlar mənim canımdırlar və mənim oğlum onların nəvəsidir. Onlara dəyən daş bir növ mənim oğluma dəyir. Mən çox əziyyət çəkmişəm bu cür məsələlərdən. Valideyn davaları - mamam qapını bağlayırdı, bizi aylarla, illərlə atama göstərmirdi. Biz pəncərədən, "reşotka"dan çıxırdıq ki, atam görsün ki, biz böyümüşük. Belə boşanmalar da var. Amma mən onun əksi oldum. Onlar mənim ailəmdirlər və bu danılmazdır. Ömrü boyu da olacaqlar. Çünki bizi birləşdirən bir sağlam körpü var, o da mənim Hüseynim. Onun gözü gülsün deyə, mən özümə söz vermişəm".
 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Çingiz Cəlilov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, həbs olunan Çingiz Cəlilov tanınmış müğənni Röyanın keçmiş həyat yoldaşı Anar Cəlilovun atasıdır.(milli/az)


OXŞAR XƏBƏRLƏR