İspaniyalı hakim Bakıda

İspaniyalı hakim Bakıda

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Şimali İrlandiya matçının hakimləri açıqlanıb.


Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada ispaniyalı Xavyer Estrada Fernandes fit çalacaq. Ona bu işdə Migel Martines və Teodoro Sobrino kömək edəcək. 4-cü hakim funksiyasını isə Alexandro Ernandesdir yerinə yetirəcək.

Qeyd edək ki, bu, Fernandesin Azərbaycana ikinci səfəri olacaq. Belə ki, 41 yaşlı referi bundan əvvəl Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçirilən "Qəbələ” – PAOK (0:0) matçında ədaləti qorumuşdu.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR