İlon Mask açıqladı: Saatda 241 km sürətlə gedən Hiperlupun biletləri bu qiymətə olacaq - FOTO

İlon Mask açıqladı: Saatda 241 km sürətlə gedən Hiperlupun biletləri bu qiymətə olacaq - FOTO
"Tesla” və "SpaceX”in sahibi İlon Mask ilk dəfə olaraq Hiperlupun bilet qiymətini açıqlayıb.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, 16 nəfər tutan Hiperlup sistemi saatda 241 km sürətlə hərəkət edən ictimai nəqliyyat konsepsiyasına sahib olacaq və biletin qiyməti 1 dollar olacaq. Hiperlup xətti Los-Ancelesin mərkəzindən aeroporta qədər olan 30 km-lik yolu sadəcə 8 dəqiqəyə getmək imkanı yaradacaq.

"Tesla Motors” ilə avtomobil sektorunda, "SpaceX” ilə kosmos nəqliyyatında bir sıra yeniliklərə imza atan amerikalı milyarder İlon Mask Hiperlupu hava, dəniz, quru və dəmiryolu nəqliyyatından sonra "beşinci nəqliyyat forması” kimi xarakterizə edir. Sərnişinləri aparan kapsulların bir yerdən digər yerə sürətlə hərəkət edə bilməsi üçün hava təzyiqli borulardan ibarət sistemin inşası planlaşdırılır.

Ancaq Hipelupun uğur qazanması üçü potensial rəqiblərini sıradan çıxarması lazımdır. Sərnişin təyyarələri saatda 926 km sürətlə uça bilərkən, Şanxay şəhərindəki Maqlev qatarının sürəti saatda 500 kilometrə çatır. Gələcəkdə istifadə veriləcək səsdən sürətli reaktiv təyyarələrin saatda 2200 km-ə yaxın sürətlə uçması gözlənilir. 

Rəsul
Sfera.az


OXŞAR XƏBƏRLƏR