Ermənistanın daha bir əsgəri öldü

Ermənistanın daha bir əsgəri öldü

Ermənistanın Müdafiə Nazirliyinə məxsus "N" saylı hərbi hissənin 19 yaşlı əsgəri Sarkis Samvel Apinyan ölüb.

Sfera.az azvision.az-a istinadən xəbər verir ki, əsgərin ölüm səbəbi hələlik dəqiq bilinmir.

"İlkin məlumata görə, ötən gün saat 16:20-də kursant Sarkisin hərbi hissənin düzülüş meydanında vəziyyəti pisləşib. Apinyan hərbi hissənin tibb məntəqəsinə köçürülüb. Saat 17:35 radələrində isə ölüm halı qeydə alınıb", - Ermənistan İstintaq komitəsinin məlumatına bildirilib.

Hazırda Ermənistanın Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.


OXŞAR XƏBƏRLƏR