Bərdədə ev yanıb, bir nəfər xəsarət alıb

Bərdədə ev yanıb, bir nəfər xəsarət alıb
 Bu gün Azərbaycanın Bərdə rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin saytının xəbərinə görə, Mirzəxan kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 58 kv.m sahədə yanıb.Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR