“Virusa təsir edən konkret dərman yoxdur” - İnfeksionist

“Virusa təsir edən konkret dərman yoxdur” - İnfeksionist
"Koronavirusa təsir edən konkret "Antiviral” preparat mövcud deyil. Halbuki protokollarda bir sıra dərmanlar yazılıb. O antiviral dərmanları protokollara yazan adam da yaxşı bilir ki, virusa təsir edən konkret dərman yoxdur”.

Sfera.az bildirir ki, bunu infeksionist Vüqar Cavadzadə deyib. Onun sözlərinə görə, "Favipiravir”, "Remdesivir” və digər preparatların koronavirusa təsiri elmi-tədqiqatlarla sübuta yetirilməyib:

"Bu preparatları hətta həkimin göstərişi olmadan xəstələr özləri alıb, qəbul edirlər. İnsanların sanki, beyninə yeriyib ki, bu preparatları qəbul etsələr, sağalacaqlar. İxtisasından aslı olmayaraq, bütün həkimlər bu dərmanları necə gəldi, təyin edirlər. Çox sayda xəstələr var ki, bu preparatları qəbul etmədən sağalırlar”.
 
Həkim-infeksionistin sözölərinə görə, "Antiviral” preparatların yan təsirləri həddən artıq çoxdur:

"Hələ dünyada sadə Herpes virusunu məhv edən dərman preparatı tapılmayıb, qalmışdı ki, koronavirusa qarşı tapılsın. Bəlkə də zaman gələcək, sübut olunacaq ki, bu "Antiviral” preparatlar COVID-19-un müalicəsində düzgün tətbiq edilməyib, neçə-neçə xəstə koronavirusdan yox, bu preparatların toksiki təsirindən dünyasını dəyişib”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Zaqataladakı dönərxananın sahibi danışdı: "Özüm də yemişəm, heç bir problem yoxdur"  - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında haz...

Tom Kruz uşaqları ilə nadir fotosessiyaya çəkildi - FOTOLAR

61 yaşlı amerikalı aktyor Tom Kruz böyük uşaqları ilə birlikdə görünüb.   Sfera.az bildirir ki, İzabella (Bella) və Konnor aktyorun Nikol Kidmanla ev...

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   S...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...