Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.

 

Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.

 

Zəhərlənənlər arasında tələbələr də var. Belə ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.

 

Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb. (Report)

 

***

 

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40 nəfərə çatıb.

 

Məlumata görə, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala RMX-nın Təcili Yardım Şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.

 

Zəhərlənmə əlamətləri ilə müraciətlər davam etməkdədir.

 


OXŞAR XƏBƏRLƏR