Belarusun qərb və cənub sərhədlərində hərbi vəziyyət qızışır

Belarusun qərb və cənub sərhədlərində hərbi vəziyyət qızışır

Belarusun qərb və cənub sərhədlərində hərbi vəziyyət qızışır.


Sfera.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib:



“Hərbi blokların və alyansların digər ölkələrin təhlükəsizliyinə zərər vurmaqla genişlənməsi, eləcə də NATO-nun regionumuzda görünməmiş potensialının artması ilə vəziyyət qızışır. Bütün bunlar artıq Belarusun qərb və cənub sərhədlərindədir”.



Mayın 7-də günortadan sonra Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib ki, respublika ordusu Rusiya ilə sinxronlaşdırılmış qəfil yoxlama keçirəcək, bu yoxlama zamanı digərləri ilə yanaşı, taktiki nüvə silahı daşıyıcıları da iştirak edəcək.



Belarusun xarici işlər naziri Sergey Aleynik bildirib ki, respublika Polşa və Baltikyanı ölkələrdə hərbi potensialın inkişafını qeyd edir və müstəqilliyini qorumaq üçün lazımi tədbirlər görür.



Bundan əvvəl Belarus Xarici İşlər Nazirliyi isə Qərbin düşmənçilik ritorikasından narahatlığını bildirib.



İnci

Sfera.az


OXŞAR XƏBƏRLƏR