Tom Kruz uşaqları ilə nadir fotosessiyaya çəkildi - FOTOLAR

Tom Kruz uşaqları ilə nadir fotosessiyaya çəkildi - FOTOLAR

61 yaşlı amerikalı aktyor Tom Kruz böyük uşaqları ilə birlikdə görünüb.

 

Sfera.az bildirir ki, İzabella (Bella) və Konnor aktyorun Nikol Kidmanla evliliyi zamanı övladlığa götürdüyü övladlarıdır. Kruiz bioloji qızı Suri ilə müqayisədə onlarla daha yaxşı münasibət saxlayır.


Görüntüləri keçmiş “NFL” oyunçusu Derik Bruks paylaşıb.

 

2023-cü ilin dekabrında xokkey matçı zamanı çəkilən qrup şəkli internetdə yenidən müzakirə olunmağa başlayıb.

 

"Axşamınız xeyir. Vayyy, baxın bugünkü oyunumuzdan əvvəl ofisimizə kim gəlib"- deyə təqaüdə çıxmış idmançı yazıb.

.

Fotoda Tom Kruz Bruksu qucaqlayaraq dayanıb, 29 yaşlı oğlu Konnor isə digər tərəfdən eyni poza verib. Şəkildə aktyorun 31 yaşlı qızı Bellanın da başqa adamla birlikdə görünür. 


Qeyd edək ki, Konnor və Bella Tom Kruz və Nikol Kidmanın övladlığa götürülmüş övladlarıdır. Qızı 1992-ci ildə, oğlu isə üç il sonra ulduz ailənin üzvü olub. Qeyd edək ki, Nikol Kidman və Tom Kruz 1990-2001-ci illərdə evli olublar. Onların bioloji uşaqları olmayıb.

 

Daha sonra Hollivud aktyoru qızı Surini dünyaya gətirən Katie Holmes ilə evlənib. Bununla belə, Kruzun yeganə bioloji övladı ilə münasibətləri çox gərgindir. Onlar praktiki olaraq ünsiyyət qurmurlar. Tom Surinin 18 yaşı münasibətilə təşkil edilən tədbirə belə qatılmayıb.

 

Nikol Kidman isə sonralar Keyt Urban ilə evlənərək, 15 yaşlı Sunday və 13 yaşlı Faith adlı qız övladlarını dünyaya gətirib.

 

Aktrisa bu illər ərzində atalarının ardınca “Scientology” təriqətinə üzv olan İzabella və Konor haqqında nadir açıqlamalar verib. Nikol bildirib ki, onun işi sadəcə övladlarını sevməkdir. O da məlum olub ki, övladlığa götürülən uşaqlar aktrisaya ana deyil, adı ilə müraciət edirlər.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR